|
Hadisə / 21.08.2008 10:28 Əzizbəyov rayonunda bir ev tamamilə külə dönüb
Ev sahibinin sözlərinə görə, alov əşyalarla birlikdə bütün sənədləri məhv edib
Bu gecə Əzizbəyov rayonu Yeni Binə qəsəbəsindəki evlərin birində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Əzizbəyov rayonu yanğından mühafizə xidmətinin əməkdaşları alovun qarşısını qısa müddətdə almağa müvəffəq olsalar da, evdən salamat heç bir əşya çıxmayıb. Amma yaşayış evi tamamilə yanaraq külə dönüb.Yanğın xəsarətsiz ötüşüb.Ev sahibi Natəvan Əliyevanın sözlərinə görə, yanğın baş verərkən onlar evdə olmayıb. Hadisənin hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|