|
İqtisadiyyat / 21.08.2008 10:21 Dövlət Neft Şirkəti Gürcüstanda iki yanacaqdoldurma stansiyası açacaq
Şirkətin qonşu ölkədə 11 belə obyekti var
Yaxın günlərdə Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinin iki yanacaqdoldurma stansiyası açılacaq. Bu barədə Neft Şirkətinin 100 faizlik törəmə müəssisəsi olan «Socar Energy Georgia» şirkətindən məlumat verilib. Yanacaqdoldurma stansiyalarının Qurcani və Bolnisidə açılması planlaşdırılır. Şirkətdən bildirirlər ki, neft şirkətinin Potidə stansiyanın açılması bu istiqamətdə hərəkətin normallaşmasından sonra mümkün olacaq. Hələlik hərbi vəziyyətlə bağlı ölkə üzrə hərəkətin məhdudlaşdırılması stansiyaya neft məhsulları çatdırmağa imkan vermir. Yanacaqdoldurma stansiyalarının avqustun 6-sı və 7- də istifadəyə verilməsi planlaşdırılırdı, lakin Gürcüstanda münaqişənin başlaması bunu reallaşdırmağa qoymadı. Hazırda Neft Şirkətinin Gürcüstan ərazisindəki digər yanacaqdoldurma stansiyalarının işi normal rejimdə həyata keçirilir. Şirkətdə deyirlər ki, yanacaqdoldurma stansiyaları üçün neft məhsulları Tbilisiyə tədarük olunur, oradan isə avtomobil nəqliyyatı vasitəsilə yanacaqdoldurma məntəqələrinə paylanır. Onu da deyək ki, hazırda Neft Şirkətinin Gürcüstan ərazisində 11 yanacaqdoldurma stansiyası var. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|