|
Hadisə / 21.08.2008 10:20 Bu gecə Sabunçu rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb
Yüngül xəsarət alan piyada 25 yaşlı Emin Hümbətov 3 saylı xəstəxanaya aparılıb
Bu gecə Sabunçu rayonu Zabrat şosesi ilə hərəkət edən ağ rəngli “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb. Hadisəni araşdıran Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Vüqar Ağayevin ANS TV-yə verdiyi məlumata görə, yüngül xəsarət alan piyada 25 yaşlı Emin Hümbətov 3 saylı xəstəxanaya aparılıb. Onda sağ baldırının əzilməsi müəyyən olunub. Vüqar Ağayevin verdiyi məlumata görə, avtomobilin axtarışı istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Hazırda isə hal şahidlərinin müəyyən olunması istiqamətində araşdırmalar aparılır. Bununla bağlı hətta Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisinə də müvafiq göstərişlər verilib. Müstəntiqin sözlərinə görə, ilkin məlumata görə “VAZ 2107” markalı maşının qabaq alın şüşəsi sınıb və qabaq qanadı da əzilmiş vəziyyətdədir./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|