|
Hərb / 21.08.2008 10:20 Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-də saat 23.30-dan 23.45-dək və avqustun 21-də saat 00.10-dan 00.40-dək fasilələrlə Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Nerkin Karmiraxpür kəndi və İcevan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz, Ağstafa rayonları və Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 22.25-dən 22.45-dək və 03.05-dən 03.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.55-dən avqustun 21–də saat 00.10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən,saat 00.30-dan 00.50-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.00-dan 03.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən,saat 01.30-dan 02.10-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|