|
Siyasət / 21.08.2008 11:22 Rusiya hərbçiləri Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini Qoriyə buraxmayıb
Avropalı parlamentarilər baş vermiş hadisədən təəccübləndiklərini bildiriblər
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri Matiaş Erşi və Kastriot İslami Gürcüstanda səfərdədir. Ukraynanın «Utro» agentliyi xəbər verir ki, avqustun 20-də onlar Rusiya Ordusunun nəzarəti altında olan Qori şəhərinə yollanıblar. Lakin Qori və Tiflis arasında İqoeti yaşayış məntəqəsinin yaxınlığında rus hərbçiləri onları saxlayıb, geri dönməyi tələb ediblər. Bu hadisədən təəccüblənən avropalı parlamentarilər Gürcüstan paytaxtına qayıdıb və jurnalistlərə müsahibəsində, Rusiya Ordusunun addımını anlamadığını bildirib. M.Erşi deyib: «Biz dəhşətə gəldik. Tarixdə ilk dəfədir ki, Avropa Şurasının üzvü olan bir ölkə quruma üzv seçilmiş digər dövlətin ərazisini işğal etsin». /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|