|
Hadisə / 20.08.2008 23:24 ABŞ-ın Gürcüstana humanitar yardım aparan gəmilərinə Türkiyə boğazlarından keçmək üçün izn verildi
Türkiyə, Amerikanın Gürcüstana humanitar yardım aparan gəmilərinin Qara dənizə çıxması üçün Dardanel və Bosfor boğazlarından keçməsinə izn verib. Məlumatı ABŞ Xarici işlər nazirliyinin mətbuat işçisi Robert Vud verib.
“Türkiyə Gürcüstana humanitar yardım aparan 3 gəminin boğazlardan keçərək Qara dənizə çıxmasına izn verib. Bu gəmilər 2 yük və bir də sahil təhlükəsizlik gəmisindən ibarətdir”. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|