|
Kriminal / 20.08.2008 22:17 Prokurorluq Əbu Bəkr məscidinin partladılmasında şübhəli bilinən şəxsin adını açıqlayıb
Hazırda 'Əbu-Bəkr' məscidində törədilən cinayətdə Emin Rəsulovun iştirak edib-etməməsi araşdırılır
Avqustun 17-də saat 20.50 radələrində Nərimanov rayonundaki 'Əbu Bəkr' məscidində baş verən partlayışla bağlı aparılan istintaq zamanı 1984-cü ildə Astara rayonunda anadan olmuş Rəsulov Emin Aydın oğlu şübhəli şəxs qismində saxlanılıb. Baki şəhər prokurorundan verilən məlumata görə, həmin şəxsin Bakı şəhərində kirayədə yaşadığı evdə axtarış aparılarkən milli, sosial və dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn, aşkar surətdə törədilməsinə yönələn kitablar aşkarlanaraq götürülüb. Bu gün Emin Rəsulov barəsində Səbayel rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda 'Əbu-Bəkr' məscidində törədilən cinayətdə Rəsulovun iştirak edib-etməməsi araşdırılır, cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|