|
Hadisə / 20.08.2008 20:51 ABŞ-ın Gürcüstana humanitar yardım aparan gəmilərinin Türkiyə boğazlarından Qara dənizə girməsi ətrafinda müzakirələr davam edir
Amerika, bununla bağlı rəsmi Ankaradan icazə istədiyini desə də, Türkiyə tərəfi bu məlumatı tam təkzib edir
“Birləşmiş Ştatlar Türkiyə ilə Amerika gəmilərinin Ankaranın nəzarətində olan Bosfor və Dardanel boğazlarından keçirərək Gürcüstan ərazi sularına daxil olmasına icazə verilməsi barədə danışıqları davam etdirir”. Bunu ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza keçirdiyi brifinqədə deyib. Brayzanın sözlərinə görə Bosfor və Dardanel boğazlarından keçid 1936-cı ildə imzalanan beynəlxalq müqavilə ilə tənzimlənir. Bu sənəd isə boğazlardan su tutumu 15 min tona qədər olan gəmilərin keçidinə icazə verir. Metyu Brayza vurğulayıb ki, Birləşmiş Ştatlar və Türkiyə arasında gəmilərin keçidi ilə bağlı həlli mümkün olmayan böhranın yaranmasından söhbət belə gedə bilməz.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Birləşmiş Ştatlar Gürcüstana göndərdiyi gəmilərin Bosfor və Dardanel boğazlarından buraxılması üçün Türkiyəyə müracət etməyib. “Bizə bu məsələ ilə bağlı indiyədək müracət edilməyib. İndiyədək bu istiqamətdə monitor aşaması var. Belə bir tələb olarsa Türkiyə olaraq sülhün bərqərar olması üçün öz vəzifəmizi yerinə yetirəcəyik. Müracət etsinlər biz də hökumətlə bir yerdə məsləhətləşib qərarımızı verərik. Amma hələlik bu sadəcə dedi-qodudur”. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|