|
Mədəniyyət / 20.08.2008 17:53 Azərbaycanlı şagirdlər "Qızıl əsrin Qızıl nəsli" beynəlxalq festivalda uğurla iştirak ediblər
1 nömrəli Uşaq İncəsənət Məktəbinin bir qrup şagirdi Aşqabad şəhərində keçirilən festivalda çıxış edib
Bakı şəhər S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin bir qrup şagirdi Türkmənistanın Aşqabad şəhərində keçirilən "Qızıl əsrin Qızıl nəsli" adlı istedadlı uşaqların beynəlxalq festivalında iştirak edib. ABŞ, Almaniya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistandan yüzlərlə uşaq və yeniyetmənin iştirak etdiyi bu tədbirdə kiçik rəqqaslar Rəşadət Bahadurlu və Məhəmməd Abdullayev «Folklor rəqs» və «Müasir rəqs» nominasiyaları üzrə, saz ifaçısı Fateh Quluzadə «Xalq mahnısı» nominasiyası üzrə uğurla çıxış edib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|