|
Açıq poçt / 19.08.2008 10:40 ANS PRESSin Açıq Poçtuna məktub (FOTO)
Badamdar sakinlərindən...
Səbail rayonu Badamdar qəsəbəsində G.Qarayev küçəsindəki 1 saylı binanın sakinləri həyətdə toyuq hini tikilməsindən şikayətlənirlər. Sakinlərin sözlərinə görə, qonşuluqda olan bəzi şəxslər digər sakinlərin etirazlarına baxmayaraq həyətdə toyuq hini tikmək istəyir. "İllərdir ki, onlar həyətin tam ortasında siçovul və antisanitariya yuvası olan hin saxlayırdı. Bir müddət sonra qəsəbə rəhbərliyi sakinlərin müraciətlərini nəzərə alıb bu hini dağıtdı. Amma bu, toyuq damının sahiblərinə təsir etmədi. İndi onlar bələdiyyə tərəfindən səliqə-səhmana salınmış, körpələrin həvəslə oynadığı həyət sahəsinin böyük bir qismini yenə zəbt etmək istəyirlər. Buna etiraz edən ziyalı bina sakinləri hər dəfə söyüş və təhqirlərlə üzləşir», - deyə sakinlərin göndərdiyi məktubda vurğulanır. Məktub müəllifləri Bakı kimi gözəl şəhərin düz mərkəzində yerləşən həyətlərdə toyuq-cücə, mal-qaranın saxlanmasının, nəticədə də ətrafa xoşagəlməz "yaraşıq" verən və pis qoxu yayan bu cür addımların qarşısını almaq üçün onlara komək ediləcəyinə ümidvardır. /ANS PRESS/
Məktub müəlliflərinin göndərdiyi fotolara burada baxa bilərsiniz.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|