|
Nəzər Nöqtəsi / 15.08.2008 13:47 «Ruslar Qoridə qalan boş evləri, ictimai obyektləri talan edir, əhalinin avtomobillərini də əllərindən alırlar»
Gürcüstan Parlamentinin Azərbaycanlı millət vəkili Azər Süleymanovla müsahibə
- Siz hazırda Marneulidəsiniz. Orada vəziyyət necədir?
- Hazırda vəziyyət normaldır. Amma avqustun 8-də Marneuliyə Rus ordusu bir neçə dəfə bomba atdı; nəticədə Marneuli aerodromu tam sıradan çıxıb. Bombalardan biri Marneulidən bir kilometr aralıda yerləşən kəndə düşmüşdü. Buradakı məlumatlara görə, Marneuli üzərində uçan bombardmançı təyyarə Ermənistanın Gümrü hərbi aerodromundan qalxmışdı. Azərbaycanlılar arasında ölüm-itim hadisəsi yoxdu, sadəcə bir yaralı var, o da müharibədə iştirak etmiş əsgərimizdi. Müharibə başlayan kimi Marneulidəki azərbaycanlılardan ibarət könüllü batalyon yaratdıq, bu batalyona Qardabanidən də qoşulanlar oldu. Amma Gürcüstanın İraqdakı iki min nəfərlik sülməramlılıarı geri qayıtdıqdan sonra bizim batalyona ehtiyac qalmadı. Amma mən özüm bir gün Qoridə oldum.
- Rus mənbəbəri bir neçə gün əvvəl xəbər yaydı ki, Rus qoşunları Qoridən çıxıblar. Sonra məlumat gəldi ki, qoşunların bir qismi geri qayıdıb. Hazırda Qoridə nə baş verir?
- Qori təmamilə Rusların nəzarətindədir. Müharibə başlyandan yalnız bu gecə şəhərdə sakitlik olub. Atəşkəsdən sonra isə hər axşam atəş və bomba səsləri, ən yaxşı halda avtomat səsləri eşidilir.Rusiya tərəfdən atəş kəsilməyib. Qoridə komendant saatıdır, camaat evlərindən bayıra çıxmır. Ruslar Qoridən Gürcüstanın digər şəhərlərinə gedən yoları kəsiblər. Onlar Gürcüstanın Daxil İşlər Nazirliyinin polis bölmələrini də Qoriyə daxil olmağa imkan verməyiblər. Ruslar şəhərdə boş qalan evləri talan edir, ictimai obyektlərin yiyəsiz qalmış binalarındakı texniki avadanlıqdarı ələ keçirir, qadınları zorlayırlar, əhalinin avtomobillərini də əllərindən alırlar.
- Qoridə dağıntıların səviyyəsi nə yerdədir?
- Qori şəhəri darmadağın olub. Yaşaşyış evləri və ictimai obyektlər dağınıtıları altında qalıb. Əhalinin çox az bir hissəsi Qoridə qalmaqdadır. Vəziyyət son dərəcədə ağırdı. Qori yaxınlığında iki kənd tamamilə dağıdılıb.
- Atəşkəs razılığından sonra Rusiya tərəfi bildirdi ki, onların Qoridəki kəşfiyyat xarakterli bölmələri şəhərdə qalacaq. Bu nə deməkdir?
- Ruslar bildirirlər ki, Qoridə külli miqdarda silah ambarları qalıb və onları zərərsizləşdirəndən sonra guya şəhəri tərk edəcəklər.
- Tükiyənin baş naziri Rəcəb Tayib Ərdoğan bildirdi ki, Azərbaycan, Gürcüstan, Türkiyə bir araya gəlib BTC ilə bağlı müəyyən təhlükəsizlik tədbirləri görməlidirlər. BTC-nin Gürcüstan boyunca təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurmu?
- Müharibə başlayandan cəmi bir dəfə Rus bombardmançıları BTC-nin keçdiyi əraziyə, kəmərdən 500 metr aralıya bomba atmışdılar. Ruslar kəməri bombalamağa risk etməzlər, çunki kəmərin arxasında təkcə üç ölkənin deyil, bütövlükdə böyük dövlətlərin maraqları var.
- Gürcü əhalisinidə ABŞ-dan hərbi dəstək gəlməsinə ümid varmı?
- Gürcüstan xalqı və ölkə rəhbərdiyində bu ümidlər var idi. Bu gün Amerika Gürcüstana humantar yardım göstərir. Mənə elə gəlir ki, müharibə artıq dayanıb.
- Bəs paytaxt Tiflisdə atmosfer necədi?
- Bütün xalq Gürcüstanın bütövlüyü naminə Saakaşvilinin ətrafında birləşiblər. Bütün dövlət strukturları həmişəkindən gərgin işləyir. Əlbəttə ki, camaat arasında təşviş var, amma hər kəs öz işi ilə məşğuldur.
- Saakaşvilin hər zaman kəskin tənqid edən radikal müxalifətin hadisələrə və prezidentin atdığı addımlara münasibəti necədir?
- Bu gün Gürcüstan müxalifəti və Saakaşvilinin daxildəki rəqibləri prezidntin ətrafında birləşiblər və necə deyərlər, çəkici bir yerə vururlar. Ölkədaxili bütün siyasi polemika və dartışmalar dayanıb. Həm iqtdar, həm də müxalifət ölkəni düşdüyü vəziyyətdən çıxramağa çalışır. Dünən parlamentdə Gürcüstanın MDB-dən çıxmaq qərarına yekdilliklə səs verildi. Cahan Əliyeva /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|