|
Hadisə / 20.08.2008 17:02 Rəsmi İrəvan Ermənistan ictimaiyyətini çaşdırır
Və ya Ermənistan Dəmiryolu İdarəsinin rəhbərliyi niyə yalan danışır?
Gürcü tərəfi, rəsmi İrəvanın Gürcüstanla Ermənistan arasında avqustun 16-da kasp rayonunda partladılmış körpüyə alternativ olan yol vasitəsilə dəmiryolu əlaqəsinin bərpa edilməsi ilə bağlı yaydığı məlumatları həqiqətə uyğun olmadığını bəyan edib. Gürcüstan dəmiryolları idarəsi icraçı direktorunun müavini Zviad Zakaryadzenin ANS-ə verdiyi məlumata görə, almernativ yolun açılması heç cür mümkün deyil. Xatırladaq ki, Novosti-Armeniya agentliyi Ermənistan Cənubi Qavqaz Dəmiryolu İdarəsinin mətbuat katibi Vaqe Davtyana istinadən məlumat yaymışdı ki, «kasp rayonundakı körpüyə alternativ yolunun bərpası prosesi artıq başa çatdırılıb, prosesə gürcü həmkarlarla yanaşı 12 erməni mütəxəssisi də cəlb olunub. Yüklərin ermənistana göndərilməsi prosesinə nə vaxt başlanılacaq isə gürcü tərəfindən asılıdır. Hazırda danışıqlar aparılır». Rəsmi Tiflis bu məlumatı təkzib edib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|