|
Siyasət / 11.08.2008 15:36 ANS PRESS Day.Az informasiya agentliyinin rus hakerləri tərəfindən dağıdılmasını pisləyir
ANSPRESS Day.Az-ın texniki imkanları bərpa edilənə qədər onlara məxsus informasiya və məqalələri istinadla öz səhifəsində yerləşdirməyə hazırdır
ANS PRESS Day.Az informasiya serverinin Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus hakerləri tərəfindən dağıdılmasını pisləyir və bunun yolverilməz olduğunu bildirir. ANS PRESS Day.Az-ın Rusiya-Gürcüstan münaqişəsinin işıqlandırılması istiqamətində tutduğu mövqe ilə həmrəydir. ANS PRESS Day.Az-ın texniki imkanları bərpa edilənə qədər onlara məxsus informasiya və məqalələri müəllif və istinadla öz səhifəsində yerləşdirməyə hazırdır. Xatırladaq ki, son iki gün ərzində Rusiya xüsusi xidmət orqanları Gürcüstanda informasiya və dövlət saytlarını sıradan çıxarıblar./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|