|
Hadisə / 08.08.2008 14:53 Ermənistan internetsiz qalıb
Gürcüstan ərazisindən keçən və Ermənistanı internet şəbəkəsi ilə təmin edən xəttdə nasazlıq yaranıb
Gürcüstan Ermənistanı internetsiz qoyub. Bu gün səhər saatlranıdan etibarən Ermənistanda internet şəbəkəsi yoxdur. «Faybernet» provaydеr şirkətindən verilən məlumata görə, buna səbəb - Gürcüstan ərazisindən keçən fibrooptik xəttin zədələnməsidir. Gürcü şirkəti nasazlığı 30 dəqiqə ərzində aradan qaldırmağa söz versə də, sonradan bu, mümkün olmayıb.Hazırda bir çox erməni şikrətlərinin, o cümlədən mətbuatın fəaliyyətində problemlər yaranıb. /Regnum/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|