|
İç Xəbər / 25.07.2008 15:42 Lənkəranda ilk dəfə olaraq böyrək köçürülməsi əməliyyatı həyata keçirilib
Üç saat yarım davam edən əməliyyat Masallı rayonunun Mahmudavar kənd sakini 22 yaşlı Anar Əzizovun üzərində aparılıb
Cənub regionunda ilk dəfə Lənkəran Regional Müalicə Və Diaqnostika Mərkəzində böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Üç saat yarım davam edən əməliyyat Masallı rayonunun Mahmudavar kənd sakini 22 yaşlı Anar Əzizovun üzərində aparılıb.
Qeyd edək ki, üç ay əvvəl həkimlərin müayinəsindən sonra məlum olub ki, Anarın hər iki böyrəyində çürümə prosesi gedir və onun təcili olaraq böyrəyinin köçürülməsinə ehtiyac yaranıb. Xəstənin qohumlarının ANS TV-yə verdiyi məlumata görə, xəstəni Rusiyanın bir neçə şəhərinə, hətta Pakistana aparıblar, lakin bütün cəhdlər uğursuz olub.
Lənkəranda əməliyyat keçirilməsi üçün isə İrandan həkim mütəxəssislər dəvət olunub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|