|
Kriminal / 25.07.2008 15:13 «Bu ilin birinci yarısında daha çox məişət zəminində qətl halları çox olub»
Bu barədə DİN-in yarım ilin yekunlarına dair kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib
«Bu ilin birinci yarısında daha çox məişət zəminində adam öldürmə halları çox olub». Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yarım ilin yekunlarına dair bu gün keçirilən kollegiya iclasında məruzə edən daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.
Onun sözlərinə görə, bundan başqa, altı ay ərzində mənfi hallara da rast gəlinib: «Daxili İşlər Nazirliyi tərəfindən verilən əmr və tapşırıqların lazimi səviyyədə yerinə yetirilməməsi və ağır və mütəşəkkil cinyətlərin üstünün vaxtında açılmaması bu sıradandır».
Nazir Ramil Usubov isə çıxışında bildirib ki, bu ilin birinci yarısında hər 100 min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan MDB məkanında sonuncu yerlərdən birini tutur. Onun sözlərinə görə, bu ilin altı ayı ərzində ən az cinayət hadisəsi qeydə alınan region Naxçıvan olub: «Yarım il ərzində cinayətkarlığa qarşı mübarizəni müzakirə edərkən, ölüm hadisələri, ölümə sui-qəsdlər, sağlamlığa xəsarət yetirmələr, zorlmalar, avtonəqliyyat qəzasında ölənlər mal-qara oğurluqları, maşın qaçırma hadisələri, xeyli azalıb. Girov götürmə və adam oğurluğu hadisəsi isə ümumiyyətlə qeydə alınmayıb». /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|