|
Hərb / 25.07.2008 13:45 Ankarada “Qafqaz Qartalı” Birləşmiş Xüsusi Təyinatlı Qüvvələr Təliminin ilkin və planlaşdırma konfransı keçiriləcək
Konfransda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər
İyulun 30-31-də Türkiyənin paytaxtı Ankarada “Qafqaz Qartalı” Birləşmiş Xüsusi Təyinatlı Qüvvələr Təliminin ilkin və planlaşdırma konfransı keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS- ə verilən məlumata görə, Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, konfransda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Gülnaz Qənbərli \ANSPRESS\
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|