|
Hadisə / 25.07.2008 12:36 “Azercell”dən yeni endirim
Bu gündən ”Azercell” abonentləri şəhər nömrələri ilə daha ucuz danışacaqlar
“Azercell Telekom” MMC Azərbaycanda ilk dəfə xüsusi endirim tətbiq edir. Bu gündən başlayaraq ilin sonuna qədər davam edəcək kampaniya çərçivəsində şəhər nömrələri ilə “Azercell” nömrələrinə edilən zənglər arasında fərq qoyulmur. Belə ki, fakturali xəttə malik “Azercell” abonentləri sabit şəbəkə nömrələrinə (şəhər nömrələri) daha sərfəli şərtlərlə zəng edirlər. Kampaniya müddətində şəhər nömrələrinə edilən zənglər şəbəkə daxili zənglər kimi qiymətləndiriləcək. Yəni, bu zənglər də istənilən “Azercell” nömrəsinə edilən zəng kimi daha endirimli tariflə ödəniləcək. Bir sözlə, fakturali xətt abonentləri istər mobil, istərsə də şəhər nömrələri ilə eyni qiymətə danışacaqlar. Azərbaycan telekommunikasiya sektorunda bir ilk olan bu endirim sayəsində ”Azercell”-in fakturalı xətt abonentləri artıq həm ev, həm də iş ilə daha rahat əlaqə quracaqlar. “Azercell Telekom” MMC abonentlərinin rahatlığı üçün xüsusi endirimlər və xidmətlər təqdim etməyə davam edəcək./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|