|
Hadisə / 25.07.2008 12:41 Suraxanıda yol-nəqliyyat hadisəsi baş verib
Mersedes markalı avtomobil evin həyətinə düşüb
Suraxanı rayon ərazisində gecə yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Yeni Günəşli yaşayış massivindəki Babək prospekti ilə hərəkət edən Mersedes markalı avtomobil qəfil idarəetməni itirərək yol kənarında olan çökəkdəki evlərdən birinin həyətinə düşüb.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəysə də, maşının içərisində olan sürücü və sərnişin xəsarət almayıb. Şahidlərin sözlərinə görə, qəza baş verən an Mersedes markalı minik avtomobilinin qarşısında mikroavtobus marşrutunun sürücüsü qəfil əyləci basıb, bundan sonra isə Mersedesin sürücüsü mikroavtobusa dəyməmək üçün maşının sükanını səkiyə doğru döndərməli olub və sonda avtomobili saxlaya bilməyərk yol kənarına yuvarlanıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmlara başlanılıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|