|
Siyasət / 25.07.2008 12:02 Bu gün amerikalı və almaniyalı diplomatlar Abxaziyaya səfər edəcəklər
Səfərin məqsədi - gürcü-abxaz münaqişəsinin həlli perspektivlərini müzakirə etməkdir
Bu gün səhər Amerika Dövlət katibi müavininin köməkçisi Metyu Brayza Abxaziyaya səfər edib. İki günlük səfərin məqsədi gürcü-abxaz münaqişəsinin həlli perspektivlərini müzakirə etməkdir. Jurnalistlərə müsahibə verən M/Brayza deyib ki, Amerika Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində gürcü-abxaz münaqişəsinin sülh yolu ilə həlli prosesinin aktivləşdirilməsini dəstəkləyir. O, abxaz tərəfini rəsmi Tiflis ilə birbaşa danışıqları bərpa etməyə razı salacağına ümid etdiyini deyib. M.Brayzanı Amerikanını Gürcüstandakı səfiri Con Teff, siyasi-iqtisadi sektorun rəhbəri Culi Fişer və siyasi məsələlər üzrə müşavir Con Devis Kirşner müşayiət edir. Onlar tanınmamış respublikanın prezidenti Sergey Baqapş, Təhlükəsizlik şurasının katibi Stanislav Lakoboyla, xarici işlər naziri Sergey Şamba ilə görüşəcək. Günün ikinci yarsında isə yerli QHT ilə görüş keçirilməsi planlaşdırılır. Bu gün həmçinin Almaniyanın Gürcüstandakı səfiri Patrisiya Flor da tanınmamış Abxaziya respublikasına gedəcək. /Novosti-Qruziə/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|