|
Kriminal / 25.07.2008 10:08 Güzdəkdəki kərpic zavodunun işçiləri bir-birini bıçaqlayıb
24 yaşlı Ayaz Dadaşovun üzərində cərrahiyyə əməliyyatı aparılıb
Bu gecə Abşeron rayonu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb. Bıçaqlanan - Qaradağ rayonunun Müşfiqabad qəsəbə sakini, Abşeron rayonu Güzdək qəsbəsindəki kərpic zavodunda mühafizəçi işləyən 24 yaşlı Ayaz Zülfiqar oğlu Dadaşov olub. Kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə kliniki tibbi mərkəzə çatdırılan zərəçəkmişin üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb. Polisin veridiyi məlumata görə, Ayaz Dadaşova bıçaq xəsarəti yetirən iş yoldaşı olub. Hadisə mübahisə zəminində baş verib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlanılıb./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|