|
İç Xəbər / 24.07.2008 22:21 Bərdə rayonunun daha bir kəndinə təbii qaz kəməri çəkilib
Qaz istismarı idarəsinin nümayəndələri ilin sonuna qədər daha 15 kəndin mavi yanacaqla təmin olunacağını bildirib
Bərdə rayonunun daha bir kəndi təbii qazla təmin olunub. Rayon mərkəzindən 4 km aralıda yerləşən Şörəlli kəndinə ilk dəfə mavi yanacaq 1973-cü ildə verilib. Tamamilə qazlaşdırılan kənd 1995-ci ildən sonra qazsız qalıb. Kənd camaatı ötən bu müddət əzində maye qaz balonlarından, evləri qızdırmaq üçün isə odundan istifadə edib. Qeyd edək ki, 320 evlik Şorəlli kəndinə qaz xətti yerli bələdiyyənin vəsaiti hesabına çəkilib. Hələlik 40 ev qazla təmin olunub. Amma yaxın günlərdə digər evlərin də qazlaşdırılması nəzərdə tutulur. Bərdə qaz istismarı idarəsindən bildiriblər ki, indiyə qədər rayonun 5 kəndi qazla təmin olunub. Hazırda bərpa işləri davam edir və ilin sonuna qədər daha 15 kəndə qaz veriləcəyi gözlənilir. Bundan başqa, Bərdə şəhərində də mindən çox abonent qazla təmin olunacaq və bu işlər dövlət vəsaiti hesabına görüləcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|