|
Hadisə / 25.07.2008 02:01 BMT-nin insan hüquqları üzrə yeni ali komissarı təyin edilib
Luiza Arburu bu vəzifədə Cənubi Afirika Respublikasından olan Navanetem Pillay əvəz edəcək
BMT-nin baş katibi Pan Qi Mun elan edib ki, BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsinə Cənubi Afirika Respublikasından olan Navanetem Pillay təyin olunub. O, bu vəzifəyə yenidən seçilmək istəməyən Luiza Arburu əvəz edəcək. Navanetem Pillay vaxtilə vəkil işləyib və Cənubi Afrikada aparteidlə mübarizə aparan insanları müdafiə edib. O, həmçinin Nelson Mandela və digər dissidentlərin ölkələdə leqal yaşamaq hüququnu qoruyub. Hazırda Navanetem Pillay Haaqa beynəlxalq cinayət məhkəməsinin hakimidir. BMT diplomatları bildirib ki, ABŞ bu təyinatla razı deyil. Buna səbəb Navanetem Pillayın bir sıra məsələlərdə tutduğu mövqeyidir./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|