|
Din / 25.07.2008 01:46 İngiltərədə din xadimləri yoxsulluğa qarşı yürüş keçirib
Üç ilahi dinin nümayəndələrinin iştirak etdiyi yürüşdə yoxsulluğun azaldılması üçün heç bir irəliləyişin olmadığı bildirilib
İngiltərənin paytaxtı Londonda müsəlman, xristian və yəhudi din xadimlərinin rəhbərliyində təxminən 600 nəfərlik qrup, yoxsulluğu azaltmaq üçün 2000-ci ildə söz verən dünya liderlərinə qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları bildirib ki, 2000-ci ildə BMT-nin rəhbərliyi altında başda böyük səkkizlik (G-8) ölkələri olmaqla bir çox dünya ölkəsi, 2015-ci ildə dünyada yoxsulluğun əhəmiyyətli dərəcədə azalacağına söz vermişdi. Ancaq bu ölkələr verdikləri sözü tutmadıqları üçün yoxsulluğun azaldılması istiqamətində heç bir irəliləyiş qeydə alınmayıb. Yürüyüşdə din xadimlərinin həyat yoldaşları da iştirak ediblər. Təxminən bir saata davam edən yürüşdən sonra dini liderlər baş keşiş Rouan Uilyamsın Londondaki ofisində toplantı keçiriblər. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|