|
İqtisadiyyat / 24.07.2008 21:35 Rusiyada qiymət artımını prokurorluq araşdıracaq
Hüquq-mühafizə orqanları vətəndaşlar tərəfindən mütəmadi istifadə olunan ərzaq məhsulları, mədən gübrələri, benzin və digər yanacaq növlərinin süni qiymət artımının qarşısını almaq istəyir
Rusiyanın Baş prokurorluğu mühüm sosial-iqtisadi əhşəmiyyət kəsb edən məhsulların qiymətinin artırılmasını araşdıracaq. Bunu «Rossiyskaya qazeta»ya müsabihəsində Baş prokurorluğunun federal qanunvericiyin icrasına nəzarət idarəsinin rəisi Anatoli Palamarçuk deyib. Baş prokuror Yuri Çaykanın təşhəbbüsü ilə əlavə qazanca xidmət edən qiymət razılaşması və birja möhtəkinliyi ilə mübarizə aparmaq üçün qrupp yaradılıb. Anatoli Palamarçukun sözlərinə görə, qrupun növbəti iclasında fəaliyyət planı təsdiqlənəcək: «Gündəlikdə xüsusi əhəmiyyət kəsb edən məhsulların qiymətlərinin artırılması ilə bağlı problemlərə baxılması dayanır. Bunlar vətəndaşlar tərəfindən mütəmadi istifadə olunan ərzaq məhsulları, mədən gübrələri, benzin və digər yanacaq növləridir». /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|