|
Hərb / 25.07.2008 00:45 ABŞ Pakistana 230 milyon dollarlıq yardım edəcək
Məqsəd, terrorçulara qarşı istifadə olunan F-16 reaktiv təyyarələrinin işlək vəziyyətdə saxlanılmasına köməklik göstərməkdir
Corc Buş administrasiyası antiterror fondundan Pakistana yardım etmək qərarına gəlib. Məqsəd, terrorçulara qarşı istifadə olunan F-16 reaktiv təyyarələrinin işlək vəziyyətdə saxlanılmasına köməklik etməkdir. «F-16 təyyarələri Pakistan tərəfindən döyüşçülərə qarşı istifadə olunur. Biz həmin təyyarələrin yenilənməsini dəstəkləyirik». Bunu Ağ Evin mətbuat katibi Dana Perino deyib. O, bildirib ki, təyyarələrin müasirləşdirilməsi məqsədilə Pakistana təxminən 230 milyon dollar vəsait ayırılacaq. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|