|
İdman / 24.07.2008 18:12 Pekin 2008: Azərbaycanın şərəfini qoruyacaq idmançılar (FOTOSESSİYA, hissə 5)
Pekində keçiriləcək 29-cu yay Olimpiya oyunlarında Azərbaycan 6 cüdoçu ilə təmsil olunacaq
Çin Xalq Respublikasının paytaxtı Pekində keçiriləcək 29-cu yay Olimpiya oyunlarında Azərbaycan 6 cüdoçu ilə təmsil olunacaq. Ölkəmizi Olmpiadada təmsil edəcək cüdoçular bunlardır: Elnur Məmmədli (73 kq), Ramil Qasımov (66 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq), Kifayət Qasımova (57 kq). Milli komandanın Baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacı Hacıəhmədov və İbadulla Şabanovun başçılığı altında məşqlərini davam etdirən cüdoçularımız, avqustun 29-u Qazaxıstanın Kurqan şəhərinə yola düşəcək və 5 avqusta kimi məşqlərini Qazağıxstanda davam etdirərək 5 avqustda Pekinə yollanacaqlar. ANS PRESS cüdoçularımıza, həmçinin Olimpiadada Azərbaycanın idman şərəfini qoruyacaqbütün idmançılarımıza uğurlar diləyir!
Şəkillərə buradan baxa bilərsiniz
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|