|
İç Xəbər / 24.07.2008 16:57 QHT-lərə Dəstək Şurası quruma daxil olan layihələri təqdim edib
Büdcədən layihələrin maliyyələşdirilməsi üçün 1 milyon 200 min manat ayrılsa da, təqdim olunan layihələrin xərci 5 milyon 576 min 471 manatdır
Bu gün prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası quruma daxil olan layihələri təqdim edib. Şuranın icraçı direktoru Fərasət Qurbanov bildirib ki, ümumilikdə 361 layihə təqim olunub. Bu layihələrdən yalnız 7-si bölgələrdə yerləşən QhT-lərdən daxil olub.
Fərasət Qurbanovun sözlərinə görə, büdcədən layihələrin maliyyələşdirilməsi üçün 1 milyon 200 min manat ayrılsa da, təqdim olunan layihələrin xərci 5 milyon 576 min 471 manatdır. Təşdim olunan layihələri ekspertlər şurası araşdırıb rəy verdikdən sonra QHT-lərə Dəstək Şurası qərar verəcək. Laiyhələrin seçimi ayın sonunadək başa çatacaq.
İcracı direktorun sözləriən görə, təqdim olunan layihələrin əksəriyyəti söz azadlığı, insan haqları və demokratiya ilə bağlıdır. Vətənpərvərlik, qaçqın və köçkünlərin problemləri ilə bağlı isə layihələrin sayı azlıq təşkil edir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|