|
İdman / 24.07.2008 16:29 Fransada ağır atletika üzrə yeniyetmələr arasında Avropa Birinciliyi keçirilir
Yarışda Azərbaycanı üç ağır atlet təmsil edir
Fransanın Amyen şəhərində ağır atletika üzrə yeniyetmələr arasında Avropa Birinciliyi keçirilir. Yarışda Azərbaycanın idman şərəfini üç ağır atlet qoruyur. İlk olaraq körpücüky üzərinə 50 kq çəki dərəcəsində yarışan Zülfüqar Seyidov çıxıb. Atletimiz birdən qaldırmada 70, təkanla isə 93 kq-lıq ağırlığı başı üzərinə qaldırıb. İki hərəkətin cəmində 163 kq toplıyan Zülfüqar yarışı 6-cı yerdə bitirib. Bu çəkidə Avropa Birinciliyinin qalibi adını Türkiyə atleti İsmət Əlqul qazanıb.
İndi növbə 62 kq çəki dərəcəsində yarışan Nicat Rəhimovundur. Komandamızın son üzvü Nail Nəbiyev isə bacarığını çəkisi 69 kq-dək olan ağır atletlər arasında göstərəcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|