|
İç Xəbər / 24.07.2008 15:54 Keşlə qəsəbəsində əsas Keşlə kanalizasiya kollektorunda çökmə baş verib
Nəticədə ərazidə olan 50-yə yaxın ev çirkab suların içində qalıb
Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Bala Mirzəyev və Sabir küçələrinin kəsişməsində əsas Keşlə kanalizasiya kollektorunda çökmə baş verib. Hadisə gecə saat 11 radələrində baş verib. Nəticədə ərazidə olan təxminən 50-yə yaxın ev çirkab sularının içində qalıb.
Suyun hündürlüyü bəzi evlərdə 6-8 metrə qalxıb. Sakinlərin əksəriyyəti isə ev əşyalarını götürə bilməyib. Hazırda ərazidə Bakı Kanalizasiya İdarəsinin və Nizami Rayon İcra Hakimiyyətinin texnikası və canlı qüvvəsi iş aparır. Su yığılan yerlərə nasoslar quraşdırılıb. Qəzanın nəticələrinin axşam saatlarına qədər aradaq qaldırılacağı bildirilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|