|
Kriminal / 24.07.2008 16:11 Üçüncü mikrorayonda əxlaqsızlıqla məşğul olan beş qadın saxlanılıb
Onlar 40 manat cərimə ödəyəcək
Üçüncü mikrorayon dairəsinin yaxınlığında əxlaqsızlıqla məşğul olan beş qadın Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar bölməyə gətirilib və hər birindən izahat alınıb. Həmin qadınlar fahişəliklə məşğul olduqlarını etiraf ediblər, səbəb kimi də pula ehtiyacı olduqlarını göstəriblər.
Polis bölməsinin sahə ispektoru İsa Mansurovun verdiyi məlumata görə, 20-ci polis bölməsində onlar aparılmış profilaktik söhbətdən sonra hərəsi 40 manat cərimə olunmaqla yanaşı, tibbi müayinəyə də göndəriləcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|