|
Siyasət / 24.07.2008 14:36 Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin Türkiyə hissəsində təməlqoyma mərasimi keçirilib
Mərasimdə İlham Əlıyev çixiş edib
Bu gün Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin Türkiyə hissəsində təməlqoyma mərasimi keçirilib. Tədbirdə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri iştirak edib. «Azərbaycan, Türkiyə və Gürcüstan yen tarixi yazır və Bakı-Tiflis-Qars dəmir yolu bu tarixin səhifələrindən biridir». Azərbaycan prezidenti İlaham Əliyev Qarsdakı bu günkü mərasimdəki çıxışında belə deyib. O, bidirib ki, bu layihənin həyata keçməsi üç ölkə arasında daha sıx və möhkəm əməkaşlığı nümayiş etdirdi. «Bakı-Tiflis-Ceyhan» və «Bakı-Tiflis-Ərzurum bu layihələri ölkələrimizin müvəffəqiyyətli əmkədaşlığına nümunədir. Çoxları bu layihələrin gerçəkləşəcəyinə inanmırdı. Ancaq indi ölkələrimiz Avropa ölkələrinin təhlükəsiz enerjilə təmin olunmasında mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Gürcüstan regional əməkdaşlığın bariz nümunəsidir»- deyə, o, bildrib. Xatırladaq ki, nəqliyyat dəhlizinin Gürcüşstan hissəsində təməlqoyma mərasimi ötən ilin noyabrında keçirilib. İlkin olaraq işlərə Marabda yaxınlığında başlanıb. Ümumiyyətlə layihə çərçivəsində Gürcüstan ərazisində işlər 2 mərhələdə aparılacaq. Artıq birinci olan mərhələ 26 km-lik Maradba-Kartsaxi yolunun inşası aparılır. Podratçı Azərinşaatservis şirkətindən verilən məlumata görə dəmir yolunun keçəcəyi ərazidə yatağın hazırlanması işləri gedir. Yolun inşasının başa çatması 2009-cu ilin sonuna planlaşdırılsa da, bu vaxtın uzadılacağı gözlənilir. Düynada gedən bahalaşma ilə əlaqədar tikintinin qiyməti də artıb.
Gülnaz Qənbərli \ANSPRESS\
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|