|
Hadisə / 24.07.2008 14:43 Azərbaycan Milli Ordusunun əsgəri çayda batıb
13 gün əvvəl hərbi xidmətə çağrılmış Cabir Yusifovun cənazəsi bu gün ailəsinə təhvil verilib
13 gün əvvəl Bərdə rayonundan həqiqi hərbi xidmətə çağrılan Cabir Ramihz oğlu Yusifov iyulunq 23-də çayda boğulub. Ailə üzvlərinin ANS PRESSə verdiyi məlumata əsasən, əskər Fizuli rayonu ərazisində batıb. Onun xidmət etdiyi N saylı hərbi hissədən valideynlərinə övladlarının ölümünün səbəbini məhz belə izah ediblər. Müdafiə Nazirliyindən fakta hələ münasibət bildirilmir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|