|
Siyasət / 24.07.2008 23:46 İlyas İsmayılovun prezident seçkilərində iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib
Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlünün sözlərınə görə, İlyas İsmayılov Bakıya qayıtdıqdan sonra prezident seçkilərində iştirak məsələsi Siyasi Şurada müzakirə ediləcək
Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezident seçkilərində iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib. Bu haqda məlumatı ANSPRESS-ə partiya sədrinin müavini Elxan Şükürlü verib. Onun sözlərinə görə, hazırda İlyas İsmayılov oğlu Etimadın həbsi ilə əlaqədar Moskvada olduğundan bu məsələ açıq qalıb. İlyas İsmayılovun hələ oğlunun istintaq materialları ilə iyulun 30-da tanış olacağı gözlənildiyindən və məhkəmənin vaxtı təyin olunmadığından partiya sədrinin Bakıya nə vaxt qayıdacağı bəlli deyil». E.Şükürlü bildirib ki, partiya sədri Bakıya qayıtdıqdan sonra prezident seçkilərində iştirak məsələsi Siyasi Şurada müzakirə ediləcək. «Bundan sonra isə Ədalət Partiyasının Ali Məclisi qərara verəcək»-deyə, o, bildirib. Gülnaz Qənbərli \ANSPRESS\
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|