|
Hadisə / 24.07.2008 12:06 Yaponiyada güclü zəlzələ olub
6,8 bal gücündə olan yeraltı təkan nəticəsində 130-a yaxın insan yaralanıb
Yaponiyada zəlzələ baş verib. Təbii fəlakət iyulun 13-dən 24-nə keçən gecə qeydə alınıb. Yeraltı təkanların gücü Rixter şkalası üzrə 6,8 bal olub. Zəlzələnini episentri isə ölkənin şimalında yerləşən İvate prefekturasında, yerin 120 km dərinliyində yerləşir. Təbii fəlakət nəticəsində 130-a yaxın insan yaralanıb. Onlarla insanını vəziyyəti ağırdır. Ölənlər barədə məlumat yoxdur. Zəlzələ nəticəsində ölkənin İvate, Aomori, Miqyani, Akita və Tiba əyalətlərində elektrik enerjisi kəsilib. Yaponiyanın Meteorogiya Xidməti yeraltı təkanın episentrinə yaxın ərazilərdə torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edib. Sunami təhlükəsi isə yoxdur. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|