|
Hadisə / 24.07.2008 10:42 Siyəzəndə iki uşaq atası intihar edib
38 yaşlı Natiq Danlarov özünü tut ağacından asıb
Siyəzən rayonunda intihar hadisəsi olub. Rayon Prokurorluğunun müstəntiqi Ramil Xəlilovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə Füzuli küçəsi 52-də qeydə alınıb. Belə ki, adıçəkilən ünvanda yaşayan iki uşaq atası Natiq İbrahim oğlu Danlarov özünü həyətlərindəki tut ağacından asaraq intihar edib. Hələlik intiharın səbəbləri barədə məlumat verilmir. Faktla bağlı Cinayət Məcəlləsinin 125 (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|