BU GÜN13.10.2008
HAVA
BAZAR
NAMAZƏsr
17:21
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Nəzər Nöqtəsi / 23.07.2008 23:32
“Cəmiyyət Qarabağ probleminin həllinə çarə tapa bilməz”
Sabina Freyzer: “Qarabağ probleminin həlli üçün hər iki ölkədə - Azərbaycanda və Ermənistanda demokratiya bərqərar olmalıdır”

Beynəlxalq Böhran Qrupunun Avropa üzrə proqram direktoru Sabina Freyzer «Azadlıq» radiosuna müsahibə verib.

- Gəlin elə son xəbərlərdən başlayaq. Rodovan Karaciçin həbsindən. Sizcə bu iş və ümumiyyətlə Balkanlarda müharibə cinayətkarlarının ədalət məhkəməsinə verilməsi təcrübəsi Qafqazdakı münaqişələrdə, o cümlədən, Ermənistan Azərbaycan münaqişəsində də tətbiq oluna bilərmi?

-Maraqlıdır. Mən də dünən axşam Radovan Karaciçin həbsi ilə bağlı xəbərlərə baxanda onu düşünürdüm ki, keçmiş Yuqoslaviya ilə bağlı tribunalların uğurlu təcrübəsi digər konfliktlərdə və konkret olaraq, Qafqazda necə tətbiq oluna bilər? Radovan Karaciçin həbsi 13 ildən sonra mümkün oldu. Müharibə qurbanları bu günü çox gözləməli oldu. Amma dünən baş verən açıq aydın uğur idi. Və əgər bu uğur orda, balkanlarda mümkün olubsa, yəqin ki, bu cür tribunalların Qafqazda da keçirilməsini mümkün saymaq olar.

-Misal üçün belə ittihamlar var ki, indiki Ermənistan prezidenti Qarabağda müharibə zamanı konkret cinayətlərdə iştirak edib və yəqin ki, Ermənistan tərəfinin də Azərbaycanlı hərbçilərə qarşı müəyyən iddiaları ola bilər. Ola bilsin ki, onlar da Azərbaycanda yüksək mövqelərdədirlər. Sizcə günahlandırılan şəxslərin yüksək vəzifələrdə olması ədalət mühakiməsi ehtimalına necə təsir göstərir?

-Yaxşı sualdır. Karaciçlə bağlı prosesdə gördüyümüz kimi, bu cür tribunallar yalnız o halda mümkündür ki, bütün tərəflərdən onların baş verməsi ilə bağlı siyasi iradə olsun. Odur ki, münaqişədə iştirak edən hökumətlərin tam razılığı və iştirakı lazımdır ki, bu cür tribunallar baş tutsun. Yalnız Serbiya hökuməti «bəsdir. Biz Karaciçin təhvil verilməsini, bütün cinayətkarların mühakimə olunmasını istəyirik, bu lazımdır» deməsindən sonra Karaciç həbs olundu. Karaciçin harada gizləndiyini heç kim bilmirdi kimi iddialara inanmıram. Məncə ən azı Serbiyanın təhlükəsizlik xidmətində bunu bilirdilər. Yalnız iştirakçı hökumətlərin razılığı olanda, onlar tribunalla əməkdaşlığın vacibliyini anlayanda hansısa nəticə əldə etmək olar. Miloşeviçlə bağlı da eyni şey baş verdi. Heç kim düşünmürdü ki, Miloşeviç nə zamansa Haaqa məhkəməsində müttəhim kürsüsündə oturacaq. Amma Serbiyada hakimiyyət dəyişəndə bu imkan yarandı. Qafqazda da bu prosesin işə düşməsi üçün Azərbaycan və Ermənistanın, eləcə də potensial olaraq, Gürcüstanın tam iştirakı, tam razılığı lazımdır.

-Siz Qarabağ danışıqlarının detallarından xəbərdarsınızmı?

-Yox, mən detallardan xəbərdar deyiləm.

-Elə mən də heç nə bilmirəm. Azərbaycan cəmiyyəti də məsələnin detallarından xəbərsizdi. Sizcə bu problemdirmi?

-Məncə Ermənistandakı prezident seçkilərinə görə yüksək səviyyədə danışıqları irəli aparmaq çətin idi. Həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində Ermənistanda hakimiyyət Koçaryandan Sarkisyana keçdi. Xarici işlər naziri də dəyişdi. Nalbəndyan Oskanyanın yerini tutdu. Məncə onun üçün vəziyyətlə tanış olmağa bir qədər vaxt lazım idi. Mən hər zaman inanmışam ki, sülh danışıqlarında uğurun bir hissəsi həm də şəxsiyyətlər arasında ünsiyyətdən də asılıdır. Məncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ünsiyyəti yaxşı idi. Ümid edirəm ki yeni xarici işlər naziri ilə də eyni təcrübə olacaq.

-Amma sual o idi ki, cəmiyyətin müzakirədən kənarda qalması normal haldımı?

-Şübhəsiz ki, yox. Məncə bu il o da baş verə bilərdi ki, ikinci və üçüncü dərəcəli diplomatiya işə düşərdi, hər iki ölkədə cəmiyyətlərlə iş gedərdi ki, onları kompromislərə hazırlamaq mümkün olsun. Məncə ermənilərlə azərbaycanlılar arasında bütün mövzularda daha çox açıq müzakirənin olması vacibdir. Çünki bu məqamda tərəflər arasında çox böyük etimadsızlıq, hətta deyə bilərik ki, az qala nifrət var. Və bu nə cürsə sındırılmalıdı.

-Cəmiyyət qərarların qəbulunda necə iştirak edə bilər?

-Mən düşünmürəm ki, cəmiyyət Qarabağ probleminin həllinə çarə tapa bilər. Amma cəmiyyətin hər hansı həll variantını qəbul etməsi lazımdır. Əgər cəmiyyət bunun əleyhinə olarsa, bu problem həll oluna bilməz. Ona görə hesab edirəm ki, hər iki tərəfdə cəmiyyət daha çox məlumatlı olmalı, müzakirələrə cəlb edilməlidir.

- Beynəlxalq Böhran Qrupunun Ermənistanda seçkilərlə bağlı çox tənqidi hesabatı var idi. O vaxtdan bəri Sizcə orada vəziyyət necə dəyişib?

-Bəli, bizim Ermənistanda seçkilərlə bağlı çox sərt hesabatımız olmuşdu. Biz ordakı proseslərdən şokda idik. Mən, bu seçkilər Ermənistanda demokratik proseslər üçün geriyə doğru addım idi. Ermənistan hökuməti Avropa Şurasının onların qarşısına qoyduğu şərtlərə əməl edilməsi istiqamətində bəzi addımlar atıb. Amma orada hələ də xeyli sayda siyasi məhbuslar qalır. Onlar qeyd-şərtsiz azad olunmalıdırlar.

-Sizcə, seçki vaxtı Ermənistanda baş verənlər Qarabağ danışıqlarına necə təsir etdi? Onu nəzərdə tuturam ki, əgər yaxşı təşkil olunmuş seçkilər keçirilsəydi, bu Qarabağ danışıqlarına da müsbət təsir edə bilərdimi?

- Bir tərəfdən mən hesab edirəm ki, Qarabağ probleminin həlli üçün hər iki ölkədə - Azərbaycanda və Ermənistanda demokratiya bərqərar olmalıdır. Əlbəttə, Ermənistandakı seçkilər bu mənada yardımçı ola bilmədi. Məncə, əgər cənab Sarkisyan özünü legitim prezident kimi nümayiş etdirmək istəyirsə, bu danışıqları çox ciddiyə almalıdır.

- Bəs, Azərbaycandakı seçkilərdən gözləntiləriniz nədir?

- Bu seçkilərlə bağlı mən detallı bir şey demək istəməzdim. Çünki, hələ seçkilərə çox qalır. Əlbəttə, Ermənistandakı bu cür seçkilərdən, hətta, Gürcüstanda bəzi zorakılıqlarla keçirilən seçkilərdən sonra özünün bu region üçün model olduğunu nümayiş etdirməyə Azərbaycanın imkanı var. İndi Azərbaycan regionun o biri ölkələrindən daha azad və ədalətli seçki keçirdiyini nümayiş etdirmək üçün yaxşı şans əldə edib.

- Ermənistan-Türkiyə danışıqları, sizcə, Azərbaycanın Qarabağ danışıqlarında mövqeyini zəiflədə, yaxud danışıqlara hər hansı təsir göstərə bilərmi?

- Yox, mən belə düşünmürəm. Mən hesab etmirəm ki, Ermənistan-Türkiyə danışıqlarının Qarabağ məsələsinə aidiyyatı var. Yaxud, Qarabağ məsələsində Azərbaycanın mövqeyinə hansısa formada mənfi təsir edə bilər. Bildiyimiz kimi, Türkiyə ilə Azərbaycan çox sıx müttəfiqdirlər. Türkiyə yaxın gələcəkdə Azərbaycanın mövqeyinə xələl gətirə biləcək heç bir addım atmayacaq. Türkiyənin Ermənistanla özünün problemləri var. Əlbəttə ki, bu, genosid, yaxud kütləvi köçürmə adlandırılan məsələ ilə bağlıdır. Bu kimi böyük problemləri Ermənistan və Türkiyənin oturub danışması lazımdır. Başqa məsələlər də var. Türkiyədə işləyən ermənilərin sayı artır. Ermənistanla Azərbaycan arasında Gürcüstan üzərindən ticarət gedir. Burada tarixi problemlər var, burada Ermənistan Konstitusiyası ilə bağlı problemlər var. Məncə Ermənistan və Türkiyə Qarabağ məsələsini nəzərə almadan danışmalıdırlar.

-Müxtəlif ölkələrin diplomatları bu danışıqlar prosesi ətrafında şübhəli adlandırılan fəallıq nümayiş etdirirlər. Əvvəl söhbət ABŞ və Rusiya diplomatlarından gedirdisə, indi vasitəçilik bəyanatları İran tərəfdən də səslənir. Hətta Ermənistandan olan bəzi analitiklər belə bir fikir irəli sürüblər ki, Rusiya diplomatlarına prosesi ABŞ-ın nəzarəti altından çıxarmaq göstərişi verilib. Sizcə ABŞ və Rusiyanın danışıqlar prosesində rolu nədən ibarətdir?

- Mən bu analizlərə inanmıram. Türkiyə və Ermənistan ilk dəfə deyil ki, gizli danışıqlar aparır. Bir neçə il əvvəl də olmuşdu, təəssüf ki, proses dayandı. Amma Türkiyə özü çox böyük regional qüvvədir və fikrimcə, bu cür danışıqları kənardan ABŞ, Avropa Birliyi yaxud Rusiyanın müdaxiləsi olmadan da apara bilər. Mən inanıram ki, Türkiyə xarici işlər nazirliyində Ermənistanla münasibətlərin yaxşılaşmasını istəyən şəxslər var. Prezident Gül də bu niyyəti açıq ifadə edib. Mən düşünürəm ki, bu ikitərəfli təşəbbüsdür. Mən hesab etmirəm ki, çox tezliklə nələrsə dəyişəcək. Məncə real dialoqun ərsəyə gəlməsi üçün böyük vaxt lazımdı. Odur ki, mən gözləntilərimi çox aşağı tuturam. Məncə bu vaxt aparacaq, kiçik addımlarla irəliləyəcək. Məncə indi Türkiyənin xarici siyasətində həddindən artıq çox məsələ var. Daxildə də problemlər kifayət qədərdi, məsələn Konstitusiya Məhkəməsinin AKP-ni bağlamaq istəməsi kimi. Odur ki, mən bu danışıqlarla bağlı həm ümidlərimi həm də həyəcanımı bir qədər aşağı tuturam.

-Kosovonu Qarabağ münaqişəsi üçün poresedent hesab edirsinizmi?

-Mən hesab etmirəm ki, Kosovo Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Dnesryanı və ya hər hansı başqa konflikt üçün presedent ola bilər. Rusiya prezidenti Putin deyirdi ki, bu presedent ola bilər. Mən keçmiş Rusiya prezidenti ilə bu məsələdə razı deyiləm.

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
13.10.2008
16:17 Bakıda keçirilən Dzüdo üzrə Dünya Kuboku (FOTO)
16:15 Belarusda yaşayan azərbaycanlı onkoloq doktorluq elmi dərəcəsi alıb
16:01 Hüseyn Dərya:«Kimə salam verirdim, uşağa qalırdı»
16:01 Müğənni Xatun keçəl gəzir
15:46 İran vətəndaşına hökm oxunub
15:31 Türkiyə millisinin futbolçusunun toyu olacaq
15:24 Bərdə rayonunda Jiquli traktorla toqquşub
15:23 Gənc Tamaşaçılar Teatrı yanır
15:22 Rusiyada polisə rüşvət təklif edən azərbaycanlıya hökm oxunub
15:07 Azərbaycanda seçkidə KİV-in rolu və seçicilərin informasiyaya çıxışı məsələlərinə həsr edilmiş dəyirmi masa keçiriləcək
14:58 Ötən ilin sentyabr ayı ilə müqayisədə bu il inflyasiya 28,34 faiz qeydə alınıb
14:57 Bakı-Böyük Kəsik dəmir yolunda sürətin artırılması layihəsinə Cənubi Koreya 300 milyon dollar ayıracaq
14:48 Pulların həyatı (Azərbaycan iqtisadiyyatı)
14:37 Lənkəran və Astarada təbii fəlakətin nəticələri aradan qaldırılır
14:36 Yevlax və Ağcabədinin iki kəndinin su problemi həll edilib
14:35 Qazaxıstan Azərbaycanın seçki təcrübəsini öyrənəcək
14:05 Prezident seçkisini izləmək üçün 30 xarici KİV-in 92 nümayəndəsi MSK-ya müraciət edib
14:01 Mətbuat Şurası seçkiyə 24 saat qalmış bütün mətbu orqanlarını təbliğat-təşviqat xarakterli məlumatları dayandırmağa çağırıb
12:57 Nuru Əl Maliki: «İngilis əsgərlərinə artıq ehtiyacımız yoxdur»
12:28 İki qadını zorlayan şəxsin məhkəməsi olub
12:02 17 yaşlı qızlardan ibarət Azərbaycan U-17 milli komandası İslandiya millisi ilə heç-heçə oynayıb
12:01 106 yaşlı rahibədən Barak Obamaya dəstək
11:58 Nərimanov rayonunda maşın körpüdən aşıb
11:55 Prezident seçkisini 4 ölkənin Mərkəzi Seçki Komissiyalarının sədri izləyəcək
11:53 Oktyabrın 15-də Sankt-Peterburqda MDB Müdafiə Nazirləri Şurasının 55-ci toplantısı olacaq
11:37 Anna Qurbanova bədii gimnastika üzrə Qran-Pri yarışında 5-ci oldu
11:18 Azərbaycan, Beynəlxalq Avarçəkmə Federasiyasının konfransında təmsil olunacaq
10:57 Güclü yağış Lənkəran və Astara rayonlarında fövqəladə vəziyyət yaradıb
10:50 "Şimali Qafqazda baş verən zəlzələ Azərbaycan ərazisində heç bir zəlzələ ocağını fəallaşdırmaq qabiliyyətinə malik deyil"
10:43 Xakasiyada azərbaycanlı ailəsi qətlə yetirilib
10:18 Bu gecə Neftçilər metro stansiyasının yaxınlığında atışma olub
10:18 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
12.10.2008
17:46 20 Yanvar metrosu yaxınlığında sərnişin avtobusu divara çırpılıb
17:13 Ermənistanda zəlzələ olub
17:03 Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb
16:44 Şəmkir-Gədəbəy yolunda 15 yaşlı qız özünü ağacdan asıb
16:39 Azərbaycan idmançısı Elxan Məmmədov Dzüdo üzrə dünya kubokunu qazanıb
16:22 «Seçkilər» İnformasiya Mərkəzi prezident sekilərinə tam hazırdır
15:52 Rəsmi Tiflis, Rusiyanı Gürcüstanın hava sərhəddini pozmaqda ittiham edib
15:28 Ermənistanın Baş naziri Tiqran Sarkisyan Metyu Brayzadan ABŞ-ın vitse-prezidenti Dik Çeyniyə şikayət edib
14:22 «Els» araşdırmalar mərkəzinin apardığı sorğuya əsasən, respondentlərin 86 faizi səsvermədə iştirak etmək niyyətindədir
13:36 Ali Məhkəmənin yekun qərar qəbul etməməsi vətəndaşları süründürməçiliklə üzləşdirir?
13:30 Dzüdo üzrə dünya Kubokunda çıxış edən Azərbaycan idmançısı Elxan Məmmədov yarımfinala vəsiqə qazanıb
13:23 Azərbaycanın futbol üzrə milli komandası turnir cədvəlində 5-ci yerdədir (CƏDVƏL)
13:13 Moskvada skinhedlər daha bir qafqazlını öldürüblər
13:06 "Elə direktorlar var ki, təhsilin müasir problemlərini lazımınca dərk etmir"...
13:03 «Azərbaycanda prezident seçkisindən sonra Dağlıq Qarabağ probleminə dair danışıqlar daha fəal mərhələyə keçəcək»
12:47 AŞPA-nın müşahidə missiyası bu gün Bakıya gəlir
12:14 Qripp və ya angina xüsusilə uşaqlarda vaxtında müalicə olunmasa, bu, gələcəkdə vərəmə səbəb ola bilər
11:57 Bu gecə Degəli çayına gəlmiş sel nəticəsində Astaranın Çələk kəndi ətrafdan təcrid olunub
11:03 Şimali Qafqazda baş vermiş zəlzələ nəticəsində ən çox zərər çəkən Çeçenistan olub: təbii fəlakət burada 13 nəfərin həyatına son qoyub
01:29 Avstarilyalı alim Baxın bəzi əsərlərinin ona məxsus olmadığını iddia edir
01:12 Çində tərkibində kimyəvi maddə olan sudan 450 nəfər zəhərlənib
00:27 Uqo Çavesdən kommunistlərə qarşı ittiham
00:09 «Həmas», milli etimad hökuməti formalaşdırmağa hazırdır
11.10.2008
23:19 ABŞ-ın pilotsuz təyyarələri Pakistana zərbələr endirib
22:37 Kreml, separatçıları danışıqlara cəlb etmək istəyir
21:57 Azərybaycan millisi Finlandiya yığmasına məğlub oldu
21:19 Rəsmi Tehran, ABŞ qarşısında iki şərt qoyub
20:38 Gömrük orqanlarının müsadirə etdiyi mallar məhv edilib
19:53 Çeçenistandakı zəlzələdə 12 nəfər ölüb (YENİLƏNİB)
19:10 İstanbulda terrorçu qadın tutulub
18:24 Müxalifətin mitinqə çevrilən forumu başa çatıb
15:50 Azərbaycan-Finlandiya oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək
15:38 Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin müşahidə missiyası oktyabrın 13-də Bakıya gələcək
15:34 GUAM-ın müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkisini izləyəcək
15:30 Prezident seçkisini izləmək niyyətində olan 27 xarici KİV-in 84 nümayəndəsi MSK-ya müraciət edib
15:15 Binəqədi rayonunda 28 yaşlı qız intihar edib
15:03 Oktyabrın 12-də AŞPA-nın nümayəndə heyəti Azərbaycana səfər edəcək
14:40 Forumun qonağı «Neftçi» komandasının baş məşqçisidir
14:01 RATİ ikinci media monitorinqin nəticələrini açıqlayıb
13:13 İslam dünyasında ilk dəfə etimad telefonu yaradılıb
12:38 Tarkan yenidən Bakıda konsert verəcək
12:24 İsveçrədə dünyanın ilk pəncərəsiz oteli tikilib
12:22 Bu gün futbol üzrə Azərbaycan millisi Finlandiya ilə qarşılaşacaq
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^