|
İqtisadiyyat / 24.07.2008 01:27 Gələn il Moskvaya yarım milyon əcnəbi işçi lazım olacaq
Şəhər rəsmisi bildirib ki, bunun 170 mininə tikinti sahəsi, 90 mininə bazar xidmətləri, qalanları isə nəqliyyat və sənaye sahələrində ehtiyac var
Moskva 2009-cu il üçün 500 min əcnəbi işçiyə tələbatın olması haqqında Rusiyanın federal miqrasiya xidmətinə müraciət edib. Bu, ötən illə müqayisdə 200 min nəfər çoxdu. Bu barədə məlumatı, Moskva merinin müavini Valeri Vinoqradov Rusiya paytaxtında miqrasiya siyasəti mövzusunda keçirdiyi konfransda verib. Mer müavini bildirib ki, bunun 170 mininə tikinti sahəsi, 90 mininə bazar xidmətləri, qalanları isə nəqliyyat və sənaye sahələrində ehtiyac var. O, miqrasiya problemlərini tənzimləmək məqsədilə Moskva hökumətinin vahid miqrasiya pəncərəsi adlı plan həyata keçirmək niyyətindədir.
“Plana görə, işverənlər yerlərdə işçilərin cəlb olunmasını həyata keçirəcək. Bu dəyişikliklər daha çox mövsümü iş üçün gələn miqrantlarla bağlıdır. Lakin onların demək olar ki, yarısı özəl işlərdə çalışdıqlarından bu prosesin tənzimlənməsində bir sıra çətinliklər yaranır. Paytaxt meriyasının daha bir təşəbbüsü Moskvaya gələn qonaqların elektron kartı verilməsi ilə bağlıdır. Bütün lazımi məlumatların yerləşdirildiyi bu kart vasitəsi ilə miqrant Rusiya ərazisində 90 gün müddətində qala bilər. Əgər həmin şəxslə əmək müqaviləsi bağlanarsa, bu müddət bir ilə qədər uzadılır”. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|