|
Siyasət / 23.07.2008 22:19 USAİD Avropa və Avrasiya ölkələri üzrə bürosunun nümayəndəsi sabah Bakıya gələcək
O, USAİD-in Azərbaycanda tərəfdaşlıq etdiyi təşkilatlarla, həmçinin təmsil etdiyi qurumun maliyyələşdirdiyi layihələrin icrası ilə maraqlanacaq
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya ölkələri üzrə bürosunun nümayəndəsi Ken Yamaşita iyulun 24-də Azərbaycana səfərə gələcək. ABŞ-ın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, Ken Yamaşita strateji planlaşdırma, siyasət və proqramın icrası, maliyyə, insan və inzibati resursların idarə edilməsi kimi öhdəlikləri yerinə yetirir. Beş gün davam edəcək səfər çərçivəsində K.Yamaşita USAİD-in Azərbaycanda tərəfdaşlıq etdiyi təşkilatlarla, həmçinin təmsil etdiyi qurumun maliyyələşdirdiyi layihələrin icrası ilə maraqlanacaq, Bakıda və Azərbaycanın cənub bölgəsində layihə icraçıları ilə görüşəcək./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|