|
Hadisə / 23.07.2008 22:38 Həbsdəki erməni müxalifətçi xəstəxanaya köçürülüb
Ararat Zurabyanın ürəyində problemlər yaranıb
Ermənistan Ümummilli Hərəkatı idarə heyətinin sədri Ararat Zurabyan İrəvandakı Kentron cəzaçəkmə müəssisəsindən kardiologiya intistutuna köçürülüb. Ararat Zurabyan, Ermənistandakı prezident seçkilərinin saxtalaşdırılmasından sonra baş vermiş kütləvi iğtişaşlara görə həsb edilib. Ona qarşı dövlət hakimiyyətinin qəsb edilməsi və kütləvi iğtişaşların törədilməsi maddələri ilə ittiham irəli sürülüb. Müxalifət lideri son vaxtlar özünü pis hiss etməsindən şikayətlənirmiş. Qeyd edək ki, Ermənistan Ümummilli Hərəkatının lideri sabiq prezident Levon Ter-Petrosyandır. Hərəkatın 30-dan artıq üzvü həbsdədir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|