|
İdman / 23.07.2008 12:01 Əmrə Bələzoğlu hərbi xidmətini başa vurdu
Burdurda 21 günlük hərbi xidmətini başa vuran Əmrə Türkiyə millisi və “Fənərbaxça”ya qayıdıb
Atasının da 24 il öncə xidmət etdiyi Burdurda 21 günlük hərbi xidmətini başa vuran Türkiyə millisinin və “Fənərbaxça”nın yeni transferi Əmrə Bələzoğlu Ordu sıralarından tərxis olub. Hərbi hissənin çıxışında gözləyən “Fənərbaxça”lı idarəçilərin avtobusuna əyləşən ulduz futbolçu, heç bir açıqlama vermədən hərbi hissəni tərk edib. Dünən Kadıköy Hacıbadəm xəstəxanasında həkim müyinəsindən keçən Əmrə artıq yeni komandası “Fənərbaxça”nın heyətində ilk məşqinə də çıxıb. Qeyd edək ki, AVRO 2008-də yarımfinala vəsiqə qazanan Türkiyə Millisinin və “Fənərbaxça”nın yeni transferi Əmrə Bələzoğlu iyulun 1-dən Burdurda 58 saylı Hərbi hissədə, pulu ödənilməklə 21 günlük hərbi xidmətini yerinə yetirirdi. Elvin Rəsul/ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|