|
İç Xəbər / 22.07.2008 19:19 MDU-nun Bakı flialı İctimai-Siyasi Universitetin binasında yerləşəcək
İctimai-Siyasi Universitet isə başqa binaya köçürələcək
Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı flialı İctimai-Siyasi Universitetin metronun Elmlər Akademiyası stansiyasının yaxınlığındakı binasında yerləşəcək. ANS-PRESS-ə universitetedən verilən məlumata görə, yeni tədris ilində yeni təhsil ocağı məhz, bu binada fəaliyyət göstərəcək. İctimai-Siyasi Universitet isə başqa binaya köçürələcək. Xatırladaq ki, MDU-nun Bakı flialına filologiya elmlər doktoru Nərgiz Paşayeva rektor təyin olunub. Gülnaz Qənbərli /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|