|
İdman / 21.07.2008 16:55 Azərbaycan şahmatçıları dünyanın ən güclüləri arasında yer alıblar
Peşəkar Şahmatçılar Assosiasiyasının açıqladığı reytinq cədvəlinin nəticələri belə deməyə əsas verir
Peşəkar Şahmatçılar Assosiasiyası 2007-2008-ci illər mövsümünün yekun əmsallar cədvəlini açığlayıb. Həmyerlimiz beynəlxalq qrossmeyster Teymur Rəcəbov bu sıralamada 8-ci yeri tutub. İlin yekununa görə, mövsümün ən yaxşı şahmatçısı ukraynalı beynəlxalq qrossmeyster Vasili İvançuk və litvalı Viktoriya Çmilite seçilib.
Qeyd edək ki, Peşəkar Şahmatçılar Assosiasiyası 2004-cü ildən şahmatçıların il ərzində ən marağlı turnirlərdəki çıxışlarını qiymətləndirməyə başlayıb. Əsasən aktivliyi ilə seçilən şahmatçılara üstünlük verilir. İlin yekununa görə ən çox bal toplamış şahmatçılar Peşəkar Şahmat Assosiasiyasının əsas turnirinə-sürətli şahmat üzrə dünya kuboku uğrunda yarışa dəvət alırlar. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|