|
İdman / 21.07.2008 13:18 Maradona Baba olacaq
Maradonanın 21 yaşlı qızı İspaniyanın Atletiko Madrid komandasının futbolçusu 19 yaşlı Sergio Kun Aquerodan 3 aylıq hamilə olduğu bildirilir
Argentinalı əfsanəvi futbolçu Dieqo Armando Maradonanın 21 yaşlı qızı, Qiannina Maradonanın, İspaniyanın Atletiko Madrid komandasının futbolçusu 19 yaşlı Sergio Kun Aquerodan 3 aylıq hamilə olduğu bildirilir. İspaniya mətbuatında, Maradonanın gələn ilin ilk aylarında baba olacağı xəbərləri yayılıb, amma Kun və Qianninanın hələlik evlənməyi düşünmədikləri iddia edilir. Xüsusilə idman mətbuatında, doğulacaq uşağın oğlan olacağı təqdirdə, ''Futbol genetikası baxımından, atası Kun, babası Maradona olan bir uşaqdan daha yaxşısını düşünmək olmaz'' şərhləri yer alıb. Elvin Rəsul/ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|