|
İdman / 20.07.2008 15:53 Bir gündə üç medal
Sovakiyanın Koşitse şəhərində sərbəst güləş üzrə keçirilən Avropa Çempionatında üç idmançımız bürünc medallar qazanıb
Azərbaycanın üç sərbəst güləşçisi Slovakiyanın Koşitse şəhərində gənclər arasında davam edən Avropa Çempionatında bürünc medal qazanıb. Bunlar, müvafiq olaraq 50, 66 və 84 kq çəki dərəcələrində yarışmış Yaşar Əliyev, Cəbrayıl Həsənov Və Roman Bəkirovdur. Bu gün daha dörd güləşçimiz xalça üzərinə çıxaraq, qitə mübarizəsinə qoşulacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|