BU GÜN04.07.2009
HAVA
BAZAR
NAMAZƏsr
18:57
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN



Siyasət / 07.07.2008 17:35
Erməni əsirliyində olan azərbaycanlı qız: "Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar"
Qarabağ Azadlıq Təşkilatının Ali Məclisi azərbaycanlı əsir qadınlara qarşı erməni vəhşiliklərini əks etdirən sənəd qəbul edib

Bu gün keçirilən Qarabağ Azadlıq Təşkilatının 3-cü qurultayından sonra Ali Məclisin ilk toplantısı keçirilib. Toplantıda Qarabağ danışıqlarının gedişi ilə bağlı məsələ müzakirə olunub, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair Vahid Mövqe” adlandırılan sənədin son variantı təsdiq olunub və yaxın günlərdə imzatoplama kampaniyasına başlamaq haqda qərar qəbul olunub. Ali Məclis həmçinin azərbaycanlı əsir qadınlara qarşı erməni vəhşiliklərini əks etdirən sənəd qəbul edib. Həmin sənədin Bakıda, bütün digər bölgələrdə yayılması, internet saytlarında yerləşdirilməsi, elektron ünvanlarına göndərilməsi nəzərdə tutulur.

Həmin sənəddə əsir qadınlara qarşı erməni vəhşilikləri göstərilir:


. Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb sürüdülər.

. 20 yaşlı bir qızın dediklərindən: Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdıar, saçlarımızdan tutub sürüyürdülər.

. Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında məni döyərək dəfələrlə zorladılar.

. Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladıar, sonra itlə əlaqəyə girməyə məcbur etdilər.

. Orada 13-14 yaşlı qızlarımızı gözümüzün qarşısında zorlayırdılar. Onların səsləri indiyədək qulağımdan getmir.

. Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər.

. Xankəndində uşaq bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar. Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü.

. Bir qızı soyundurub lüt halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü.

. 200-dən artıq uşaq, qoca və qadınlarla birlikdə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar.

. Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar...

. Xankəndində erməni əsgərləri olan kazarmada 8 nəfər qızı, o cümlədən məni növbəyə qoyub zorladılar, sonra çılpaq vəziyyətdə dubinka ilə döydülər. Sonra bizi Əsgəran milis şöbəsinə apardılar, yenə də döyüb zorlamağa başladılar.

. “Hələ də bu dəhşətdən özümə gələ bilmirəm. Ondan sonra həyat mənim üçün o qədər iyrənc görünür ki, yaşamaq istəmirəm!”

"Bunları deyən qızın yaraşıqlı sifətində cırmaq, zərbə yerləri aydın görünürdü. Ən dəhşətlisi gözlərindəki ifadə idi, adam bu baxışlara dözə bilmirdi!!!
Bütün bunlardan sonra erməniləri bağışlamaq olarmı?! Ermənilərlə dostluq, qardaşlıq etmək, münasibət qurmaq, mehriban və diplomatik danışıqlar aparmaq, bir yerdə kino çəkib, konsert vermək, bir məclisdə oturub şəkil çəkdirmək olarmı?! Yaxınlarımızın toy-məclislərində qol götürüb oynamaq, meydanlarda konsertlər, telekanallarda şoular düzəltmək, ümumiyyətlə, deyib-gülmək, şənlənmək olarmı?! Olmaz!
Bir müddət gülməyi də yadırğamalıyıq! İnşallah, qalib gələndən, intiqamımızı alandan sonra namusumuzla bir yerdə gülüşümüzü də özümüzə qaytararıq! İndi isə yalnız intiqam haqda düşünməliyik! Düşmən qanı ilə alınacaq intiqama hazır olun! İntiqama başlayın", deyə QAT-ın bu gün yayılan bəyanatında deyilir.

Qeyd edək ki, faktlar Aygün Həsənoğlunun MTN-nin arxivləri əsasında hazırladığı və 2007-ci ildə çap etdirdiyi "Erməni sindromu” kitabından götürülüb./ANS PRESS/

© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
04.07.2009
15:26 Təhsil Nazirliyi: Aksiya keçirən valideynlərin tələbi əsassızdır
15:24 Rusiya mitropoliti Kirill İstanbuldadır
15:22 Bakıdakı şadlıq sarayından toy məclisi zamanı pul qutusu oğurlanıb
15:19 Bolqarıstanda ağır yol qəzası baş verib, 11 türk ölüb
14:44 Şimali Koreya 7-ci raketini buraxdı
14:36 İsa Qəmbər: "Nümayəndə heyətlərinin səfərinin heç bir əhəmiyyəti yoxdur"
14:20 Yasamal və Nərimanov rayonlarında silah sursat tapılıb
14:11 Əfqanıstanda 2 ABŞ əsgəri həlak olub, 4-ü yaralanıb
14:10 Ermənistanın müdafiə naziri İrana dəvət edilib
13:57 İran MAQATE-nin yeni sədrinə müraciət edib
13:25 Şimali Koreya beşinci raketini buraxdı
13:20 Ər arvadını qətlə yetirib
13:05 ATƏT sədri Levon Ter Petrosyanla görüşüb
12:57 “Mançester Yunayted” Maykl Ouenlə müqavilə imzalayıb
12:27 Naxçıvanda ruhi xəstə qohumunu qətlə yetirib
12:24 Maykl Ceksonla vidalaşmaq üçün iki saat ərzində 500 min nəfər müraciət edib
11:53 "Azərbaycan hökuməti öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır"
11:38 İnquşetiyada milis maşını atəşə tutulub, 9 nəfər ölüb
11:30 Təhsil Nazirliyinin qarşısında aksiya keçirilib
11:15 Dağıstan və Azərbaycanın gənclər nazirləri arasında qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanacaq
11:12 Azərbaycanın paralimpiya üzrə komandası Macarıstanda ilk qızılını qazanıb
11:05 “Neftçi” Azərbaycan çempionu adını qazandı
10:49 Ölkədə havaların normadan artıq isti olması ilə əlaqədar iş dayandırıla bilər
10:44 Doku Umarov sağ olduğunu və Rusiya ilə mübarizəni davam etdirəcəyini deyib
10:28 Avropada bir gündə 642 nəfər "donuz qripi"nə yoluxub
10:27 Daha bir Azərbaycan güləşçisi Avropa çempionu oldu
10:25 Azərbaycanlı idmançılar Malaziyada təlim məşq toplanışı keçəcəklər
10:23 Şimali Koreya bir sutka ərzində dördüncü raketi buraxıb
09:45 QAT Qarabağa səfərə etiraz olaraq aksiyalara başlayacaq
09:33 Rumıniya Azərbaycandan daha böyük həcmdə neft almaq niyyətindədir
09:11 Ermənistan silahlı qüvvələri bir istiqamətdə atəşkəsi pozub
09:10 Paytaxtdakı şadlıq sarayında və marketlərdə yararsız qida məhsulları aşkarlanıb (SİYAHI)
08:58 Sankt-Peterburq Teatrı Bakıya qastrol səfəri edəcək
08:55 Abdulla Gül Medvedevə zəng edib
08:36 Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd dollara çatıb
06:38 Türkiyəli Abbas Koca 118 yaşını qeyd edib
06:15 Son iki gün ərzində dünyada daha 12 720 nəfərin H1N1 virusuna yoluxduğu təsdiqlənib
06:03 Londonda “donuz qripi”ndən ilk ölüm faktı qeydə alınıb
05:33 Kolumbiyada zəlzələ baş verib
05:11 Madonna səhnəyə çıxmadan əvvəl “Fatihə” surəsini oxuyur
04:32 Bəşər Əsəd Barak Obamanı təbrik edib
04:02 Seçkilərdə səs vermək üçün Bolqarıstana gedən türklər irqçilərin etirazı ilə qarşılaşıb
03:22 Londondakı yanğında ölənlərin sayı 6 nəfərə çatıb
03:01 Rəcəb Tayyib Ərdoğanın cangüdəni avtomobil qəzasında ölüb
02:47 Fransada qatar traktorla toqquşub, 13 nəfər yaralanıb
02:16 «Mən yaradıcılığım vasitəsilə Azərbaycanın tarixi ilə bağlı yalanları düzəltməyə çalışıram»
01:53 Sudanın Darfur əyalətində iki QHT işçisi oğurlanıb
01:44 Əfqanıstanda Kanada hərbçisi həlak olub
01:23 Londondakı 12 mərtəbəli binada yanğın: iki uşaq həlak olub
01:15 Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib
01:12 Sara Peylin Alyaska ştatının qubernatoru vəzifəsindən gedir
01:02 Maykl Ceksonla vida mərasimində yalnız biletlə iştirak etmək mümkün olacaq
00:06 Mixail Saakaşvili: “Müxalifətin hərəkətləri nəticəsində 20 min iş yeri itirmişik”
03.07.2009
23:30 Səudiyyə Ərəbistanında A/H1N1 virusuna yoluxanların sayı 100 nəfəri ötüb
23:16 Avropa Parlamenti Barrozu ilə bağlı qərarı təxirə salıb
23:04 Eressun körfəzində iki yük gəmisi toqquşub
22:55 Cənubi Koreya şımal qonşusu ilə müharibəyə hazırlaşır
22:48 "Ya Batumidəki kimi dəbdəbəli otelləri inşa edək, ya da Tiflisdəki kimi çadır şəhərcikləri"
22:20 "İçərişəhərlə bağlı aparılan siyasət davam etdiriləcək"
21:51 Rusiya ilə ABŞ hərbi əməkdaşlığı bərpa edir
21:28 Qaz tarifləri yenidən aşağı salına bilər
21:12 Bir qrup dənizçiyə "Tərəqqi" medalı verilib
21:05 Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti Bakıya gəlib
20:44 İtaliyadakı partlayış nəticəsində həlak olanların sayı artıb
20:40 Seulda Kim Çen İrin portretləri yandırıldı
20:33 Polşa prezidentinin Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb
20:23 Pakistanda hərbi helikopter qəzaya uğrayıb
20:15 Sankt-Peterburqda “Boeing-737” təyyarəsi qəzalı eniş etmək məcburiyyətində qalıb
20:11 Azərbaycan prezidenti amerikalı həmkarını ABŞ-ın müstəqillik günü münasibətilə təbrik edib
20:00 “Obamanın səfərindən çox şey gözləyirik”
19:54 Əfqanıstanda partlayış baş verib
19:44 Moskva Kuril adaları ilə bağlı məsələyə reaksiya verdi
19:36 Türkiyə XİN başçısı «Nabukko» layihəsini ölkəsinin enerji prioriteti kimi dəyərləndirib
19:25 Azərbaycanın Rusiyadakı səfiri Ermənistan prezidenti ilə görüşüb
19:20 Qusar rayonunda Dağıstan gəncləri günü keçiriləcək
 
©  2006-2009 ANS-PRESS Rambler's Top100 Back to top ^^