|
Hadisə / 05.07.2008 14:52 Xocavənd rayonunda əkin sahəsini şumlayan traktor minaya düşüb
Biləsuvar rayon sakini Şadman Fərzəliyev xəsarət alıb
Biləsuvar rayon sakini Şadman Fərzəliyevin idarə etdiyi "Belarus" markalı traktor Xocavənd rayonundakı "Haramı" düzündə əkin sahəsini şumlayan zaman minalanmış sahəyə düşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sürücü partlayış nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|