|
İdman / 05.07.2008 15:09 Pekin Olimpiadasına lisenziya qazanmış idmançılarımızın yarışa hazırlığı xüsusi proqram üzrə aparılır
Gənclər və idman naziri Azad Rəhimov idmançılarımızın Çindən vətənə qələbə ilə qayıdacaqlarına inanır
Pekin Olimpiadasına lisenziya qazanmış idmançılarımızın yarışa hazırlığı xüsusi proqram üzrə aparılır. Komandamızın 29-cu Yay Olimpiya Oyunlarında uğurlu çıxışı üçün şərait yaradılıb, təminat da yüksək səviyyədədir. İndi sadəcə idmançılarımız onlara olan etimadı doğrultmalıdırlar. Gənclər və idman naziri Azad Rəhimov idmançılarımızın Çindən vətənə qələbə ilə qayıdacaqlarına inanır: «Yarışda iştirak edənlərimiz ənənəvi olaraq güləşçilərdir. Boksda bir güclü idmançımız var. Cüdodan güman edirik ki, qızıl medalları ala bilərik. Taekvandoyo da ümid var. İlk dəfədir Azərbaycan atçılıq idman növündə çıxış edir. Amma qabaqcadan heç bir proqnoz vermək olmaz, təhlil etmək çox çətindir», deyə gənclər və idman naziri bildirib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|