|
İdman / 05.07.2008 14:57 Bu gün "Neftçi" İntertoto kubokunun ikinci mərhələsində"Jerminal"la qarşılaşacaq
Oyun Belçikanın Antverpen şəhərindəki «Olimpiya» stadionunda olacaq
Bu gün UEFA İntertoto kubokunun ikinci mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edən «Neftçi» Belçikanın «Jerminal» klubu ilə qarşılaşacaq. Oyun Belçikanın Antverpen şəhərindəki «Olimpiya» stadionunda olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanın reportajını «Azərbaycan» radiosunda dinləmək mümkün olacaq. Oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Deyan Filipoviç (Serbiya) Baş hakimin köməkçiləri: Radovan Stepanoviç, Milan Miniç (hər ikisi - Serbiya) Hakim-inspektor: Yorn-Vest Larsen (Danimarka) UEFA nümayəndəsi: David Petriaşvili (Gürcüstan) Bu komandalar arasında cavab oyunu iyulun 12-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, «Neftçi» UEFA İntertoto kubokunun ilkin mərhələsində Slovakiyanın «Nitra» komandası ilə qarşılaşmışdı. İyunun 21-də Bakıda keçirilən ilk oyunda «Neftçi» 2:0 hesabı ilə qalib gəlmiş, iyunun 28-də keçirilən cavab qarşılaşmasında isə 1:3 hesabı ilə məğlub olmasına baxmayaraq, iki matçın nəticəsinə görə növbəti mərhələdə çıxış etmək hüququ qazanmışdı./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|