|
İqtisadiyyat / 05.07.2008 12:06 Xəzər Dəniz Gəmiçiliyi yeni tankerlər alacaq
Qurum Qars-Axalkalaki xəttində yük axını gücləndikcə, gəmi-bərələrlə vaqon- yükdaşımalarını gücləndirmək fikrindədir
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus 7 tankerdən istifadə olunur və bu rəqəm getdikcə artır. əzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirov bildirib ki, Azərbaycan hökuməti Rusiyanın Nijni Novqorod şəhərindəki gəmiqayırma müəssisəsinə 13 min və 8 min tonluq tutumu olan daha iki tankerin hazırlanması barədə sifariş verib. Aydın Bəşirovun sözlərinə görə, 13 min tonluq tanker oktyabr-noyabr aylarında gətiriləcək. Bundan başqa Tatarıstan Zelenodorsk gəmi təmiri zavodundan da 12 min tonluq tanker alınacaq. Aydın Bəşirov həmçinin qeyd edib ki, gələn il Nijni Novqoroddan yeni bir tanker də sifariş olunub: “ Sərnişin turist gəmisi də almalıyıq. Gələn ilin proqramında tanker gəmi-bərələrin alınması da var. Qars-Axalkalaki xəttində yük axını gücləndikcə biz də gəmi-bərələrlə vaqon- yükdaşımaları gücləndirmək fikrindəyik”. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|